AZ

Azərbaycanda əhaliyə ödənişlər DSMF-nin ümumi xərclərinin 97 faizə yaxın hissəsini təşkil edəcək

Bakı. Trend:

Dövlət Sosial Müdafiə Fondunun gələn ilə proqnozlaşdırılan ümumixərclərinin 96,52%-ni və ya 7 milyard 408 milyon manatını əhaliyəödənişlər təşkil edəcək.

Trend xəbər verir ki, bunuMilli Məclisdə iki komitənin birgə iclasında parlamentin Əmək vəsosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, əhaliyə ödənişlər üzrə xərclərin 7milyard 210 milyon manatı əmək pensiyalarının, 198,4 milyon manatıisə məcburi dövlət sosial sığorta haqları hesabına verilənmüavinətlərin payına düşür:

"Əhaliyə ödənişlərin 2025-ci il üçün nəzərdə tutulmuş proqnozu2024-cü ilin təsdiqlənmiş proqnozundan 702,4 milyon manat, yaxud10,5% çoxdur. Əmək pensiyalarının orta aylıq məbləğinin 2024-cüildə 494 manat təşkil edəcəyi gözlənilir, 2025-cü ildə isə 535manat olacağı proqnozlaşdırılır. Növbəti ildə yaşa görə pensiyanınorta aylıq məbləğinin cari ildəki 527 manatdan 44 manat artaraq 571manata yüksəlməsi proqnozlaşdırılır. Əvvəlki illərdə olduğu kimicari və növbəti illərdə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiyaməbləğinin orta aylıq əməkhaqqı məbləğinə nisbəti müvafiq olaraq48,8% və 49,5% olmaqla Beynəlxalq Əmək Təşkilatının sosialtəminatın minimum normaları haqqında müvafiq konvensiyasına cavabverəcək.

2025-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabınaödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə,hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşınaçatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərinmaliyyələşdirilməsinə 198,41 milyon manat vəsait nəzərdə tutulubki, bu da cari ilin təsdiqlənmiş proqnozuna nisbətən 9,3%, yaxud16,83 milyon manat çoxdur. Sığortaolunanların sanatoriya-kurortmüalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrəAHİK vasitəsi ilə maliyyələşdiriləcək xərclər 25 milyon manat,yaxud cari ildəkindən 2% çoxdur. Fikrimizcə, bu məbləğ postmüharibədövrünün reallıqlarına uyğun deyildir və müraciət edən şəxslərinyalnız cüzi bir hissəsinin ehtiyacını ödəyə biləcək. Bildirməkistəyirəm ki, 2023-cü ilin avqust ayından etibarən ilin sonunadəkmüvafiq qanunvericiliyin tələbi olaraq, Fondun formalaşmış sərbəstvəsaitindən 1050.0 mln. manat, 2024-cü ilin yanvar-oktyabr aylarıərzində 425,0 mln. manat investisiya fəaliyyətinə yönəldilmiş, cariilin sonunadək daha 25,0 mln. manat məbləğində vəsaitin əlavəolaraq yönəldilməsi gözlənilir".

Məqalədə:
Seçilən
3
az.trend.az

1Mənbələr