AZ

ABŞ Ukraynanın 4,65 milyard dollarlıq borcunu silmək istəyir

ABŞ Ukraynanın dövlət borcunun bir hissəsini silməyi düşünür, lakin Konqres etiraz edərsə, onun qərarına əməl edəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün təşkil edilən brifinqdə məlumat verib.

"Qanuna (Ukraynaya əlavə maliyyə ayrılması haqqında-red.) uyğun olaraq, bizim öz mülahizəmizlə bu kreditləri silmək imkanımız var. Konqresin bu silinməni ləğv etmək barəqə qətnamə qəbul etmək imkanı var", deyə Miller qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, Kiyev 2025-ci ilə qədər artan dövlət büdcəsi kəsirini ödəmək üçün təxminən 15 milyard dollar cəlb etməlidir.

Noyabrın 13-də ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib ki, Ağ Ev Ukraynaya yeni seçilmiş prezident Donald Trampın səlahiyyətlərinin icrasına başlayana qədər Konqresin təsdiq etdiyi "hər dollar” vəsaiti çatdırmaq niyyətindədir. Pentaqon daha sonra aydınlaşdırıb ki, hər həftə silah göndərilməsi planlaşdırılır. Nazirliyin məlumatına görə, söhbət bu məqsədlər üçün ayrılan 9 milyard dollardan gedir. Bu gecə, noyabrın 20-də Pentaqon ABŞ-ın Ukraynaya 275 milyon dollar dəyərində daha bir hərbi yardım paketi göndərəcəyini açıqlayıb.

Nizami Bağırov
Seçilən
28
2
qaynarinfo.az

3Mənbələr