AZ

Azərbaycanın idxalı rekord həddə çatıb - RƏQƏMLƏR

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana idxalın məbləği 16,6 milyard dolları keçib. 


Sfera.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə idxalın həcmində 2,43 milyard dollar və ya 17,1 faiz artım qeydə alınıb. 


Bu ilin ilk 10 ayıdna idxalın xarici ticarət əməliyyatlarında payı da artıb. Ötən lin 10 ayında idxalın payı 32,6 faiz olmuşdusa cari dövrdə 42,2 faizə yüksəlib. 


Azərbaycanın idxalı artmaqla yanaşı ixracında da ciddi azalma var. Bir il əvvəl 29,346 milyard dollar olan ixrac bu il 22,74 milyard dollara enib. 


İxracın artması idxalın isə azalması fonunda xarici ticarət saldosu kəskin azalıb. Bir il əvvəl 15,17 milyard dollar olan xarici ticarət saldosu bu ilin ilk 10 ayında 6,1 milyard dollara enib. Bu il xarici ticarət saldosunda 9,07 milyard dollar, yəni 2,5 dəfəyə yaxın azalma baş verib. 


Vasif
 

Seçilən
15
sfera.az

1Mənbələr