AZ

İşsizlikdən Sığorta Fondunun növbəti il üçün gəlirləri və xərcləri AÇIQLANIB

Bakı. Trend:

2025-ci ildə İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləribərabər olmaqla 260 milyon 700 min manat nəzərdə tutulur ki, bu dacari ildəkindən 22,7 milyon manat, yaxud 9,5% çoxdur.

Trend xəbər verir ki, bunuMilli Məclisdə iki komitənin birgə iclasında parlamentin Əmək vəsosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, İşsizlikdən Sığorta Fondunungəlirlərinin 206,3 milyon manatı, yaxud 79,1%-i işsizlikdən sığortahaqları üzrə yığım hesabına formalaşacaq ki, bu da 2024-cü ilintəsdiq edilmiş müvafiq göstəricisindən 21,7 milyon manat və ya11,7% çoxdur.

"Gəlirlərin 54,3 milyon manatı, yaxud 20,8%-i isə İşsizlikdənSığorta Fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatıhesabına olacaqdır. Sığorta haqları üzrə yığımın 75,9%-i (və ya156,56 milyon manatı) qeyri-büdcə sektorunun payına düşəcəkdir.Gələn ildə İşsizlikdən Sığorta Fondunun xərcləri 13 istiqamətiəhatə edəcəkdir. Xərclərin 29,5%-i özünüməşğulluq tədbirlərinin,13,4%-i peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərininmaliyyələşməsinə yönəldilməklə, ümumilikdə isə 55% vəsait aktivməşğulluq tədbirləri istiqaməti üçün nəzərdə tutulub. Cari ilintəsdiqlənmiş büdcə layihəsi ilə müqayisədə 2025-ci ildə işsizliyəgörə sığorta ödənişləri xərclərinin 2 milyon manat, yaxud 13,3%,özünüməşğulluq tədbirlərinin maliyyələşdirilməsi xərclərinin 4milyon manat, yaxud 5% artırılması nəzərdə tutulur.

Peşə hazırlığının təşkili xərcləri, həmçinin sosial işyerlərində işçilərin əməkhaqlarının bir hissəsininmaliyyələşdirilməsi xərcləri, habelə digər aktiv tədbirlər üçünxərclər cari il ilə eyni səviyyədə qalır. 2025-ci ildə İSF hesabına8 min nəfərin (DB əlavə olaraq, 1,5 min) özünüməşğulluq proqramınaqoşulması nəzərdə tutulur. Bununla da 2017-ci ildən 2025-ci ildaxil olmaqla özünüməşğulluq proqramı ilə əhatə olunacaq şəxslərinsayı 100 min nəfər olacaqdır. Növbəti il üçün Naxçıvan MuxtarRespublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinintabeliyində Dövlət Məşğulluq Agentliyinə 9 milyon manat vəsaitayrılması nəzərdə tutulub. İşsizlikdən Sığorta Fondunun büdcəlayihəsi 2025-ci ildə sığorta olunanların itirilmiş əmək haqlarınınkompensasiya edilməsinə, özünüməşğulluq, peşə hazırlığı vəpeşəyönümü tədbirlərinin keçirilməsi, haqqı ödənilən ictimaiişlərin təşkili və digər aktiv məşğulluq tədbirlərininmaliyyələşməsi üçün optimal əsaslar yarada biləcəkdir".

Məqalədə:
Seçilən
11
1
az.trend.az

8Mənbələr