AZ

İsrail ordusundan Livan əhlinə xəbərdarlıq: "Təcili o bölgəni tərk edin..."

İsrail ordusu Livanın Aralıq dəniz sahilində yerləşən Sur şəhərinin əhalisinə xəbərdarlıq edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, xəbərdarlıqda xəritə paylaşılaraq Surun 3 bölgəsinə hücum anonsu verilib.

İsrail ordusunun sözçüsü Aviçay Adraeenin sosial media hesabında yayılan məlumatda qeyd edilib ki, qısa zaman sonra xəritədə işarələnən  ərazilər vurulacaq: "Təhlükəsizliyiniz üçün dərhal evlərinizi boşaltmalı və Evveli çayının şimalına doğru hərəkət etməlisiniz. Çünki bu bölgələrdə Hizbullah ünsürləri, obyektləri və silahlar var. Və o hədəflər vurulacaq".

Mətbuat katibi əlavə olaraq bildirib ki, ölkənin cənubuna köç edilməsin: "Bu, qadağandır".

Tahir Şəlvəli
MİA.AZ

Seçilən
7
mia.az

1Mənbələr