AZ

Pambığın ixrac qiyməti azalsa da, ondan gəlirlər kəskin artıb

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın pambıq mahlıcı ixracından gəlirləri 161 milyon 427.60 min dollar təşkil edib.

Musavat.com-un Dövlət Gömrük Komitəsinin statistikasına istinadən məlumatına görə, bu dövrdə 107 737.29 ton mahlıc satılıb.

Ötən ilin eyni dövründə mahlıc ixracımız 98 milyon 461.54 min dollar dəyərlə 54 634.56 ton təşkil etmişdi. Bu isə o deməkdir ki, ölkənin mahlıx icracı dəyər baxımından 64 faiz, miqdar baxımından isə 2 dəfəyə yaxın artıb. Mahlıcın 1 tonunun ixrac qiyməti ötən il 1802,2 dollar, bu il isə 1498,3 dollar olub.

Cari ilin on ayında pambıqdan emal olunan iplik ixracı 25 milyon 228.46 min dollar dəyərlə 10 208.23 tona bərabər olub. Ötən ilin eyni dövründə iplik ixracı 27 milyon 708.27 min dollar dəyərlə 9 755.89 ton təşkil etmişdi. Bu isə miqdar baxımından 4,6 faiz artım olsa da, dəyər baxımından 9 faiz azalma deməkdir. İpliyin 1 tonunun ixrac qiyməti 2840 dollardan 2471,4 dollara düşüb.

Musavat.com

Seçilən
14
musavat.com

1Mənbələr