AZ

WADA nümayəndəsi: "Məlumatların toplanması iqlim ədalətinə töhfə verir"

"Son bir neçə ildə iqlim məsələləri ilə bağlə məlumatların toplanması və təhlili sahəsi əhəmiyyətli dərəcədə inkişaf edib və genişlənib". 

Bakıvaxtı.az xəbər verir ki, bunu COP29 çərçivəısində Gender və iqlim məlumatlarının toplanması (WADA) təşkilatının icraçı direktoru Bridqet Burns bildirib.

Onun sözlərinə görə, ilkin olaraq yalnız bir neçə qurucu üzvün başladığı bu təşəbbüs, bu gün dünya miqyasında 90-dan çox mütəxəssisi və təcrübəçini əhatə edir:

"Bu insanlar müxtəlif məlumat dəstləri hazırlayaraq fərqli sektorlarda fəaliyyət göstərirlər. Onların arasında hökumət qurumları, beynəlxalq agentliklər və qeyri-hökumət təşkilatları kimi rəsmi qurumlar yer alır".

Mütəxəssisin bildirdiyinə görə, bununla belə, bu prosesin ən vacib və diqqətəlayiq tərəfi tez-tez diqqətdən kənarda qalan, lakin çox önəmli rol oynayan yerli təşkilatlar və müxtəlif qruplardır:

"Bu qruplar, adətən, məlumat toplama işini daha keyfiyyət yönümlü və kontekstual yollarla həyata keçirirlər. Onların yanaşmaları, insanların gündəlik həyatlarında yaşadıqları problemləri, sosial ədalətsizlikləri və struktur məsələlərini daha yaxşı başa düşməyə imkan yaradır".

Son olaraq Burns diqqətə çatdırıb ki,  məlumat toplayan qruplar yalnız kəmiyyət deyil, həm də keyfiyyətə əsaslanan məlumatlarla daha dərin və mənalı təhlillər təqdim edir. Məlumatların bu cür müxtəlif mənbələrdən gəlməsi təkcə hökumətlər və agentliklərin deyil, həm də yerli səviyyədəki icmaların və marjinallaşmış qrupların təcrübələrini əks etdirir:

"Məlumatların toplanması hər kəsin səsini və təcrübələrini daha yaxşı başa düşməyə və iqlim ədaləti kimi mühüm məsələlərdə daha inklüziv həll yollarının inkişaf etdirilməsinə töhfə verir".

Əli Hüseynov

Seçilən
12
bakivaxti.az

1Mənbələr