Bakı. Trend:
Azərbaycanda təxminən 1 milyon 100 min nəfər pensiyaçı var.
Trend xəbər verir ki, bunuMilli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri MusaQuliyev parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət,sənaye və sahibkarlıq komitələrinin birgə iclasında gələn ilinbüdcə zərfinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, əmək pensiyalarının orta aylıq məbləğinin2024-cü ildə 494 manat təşkil edəcəyi gözlənilir, 2025-cü ildə isə535 manat olacağı proqnozlaşdırılır.
"Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cariildəki 527 manatdan 44 manat artaraq - 571 manata yüksəlməsiproqnozlaşdırılır.
Əvvəlki illərdə olduğu kimi cari və növbəti illərdə də əvəzetməəmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqıməbləğinə nisbəti müvafiq olaraq 48,8% və 49,5% olmaqla BeynəlxalqƏmək Təşkilatının sosial təminatın minimum normaları haqqındamüvafiq konvensiyasına cavab verəcək", - komitə sədri əlavəedib.