AZ

Azərbaycanın xaricə satdığı təbii qaz 40% ucuzlaşdı - GƏLİRLƏR 44% AZALDI

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan xaricə 6 milyard 848 milyon ABŞ dolları dəyərində 21 milyard 339 milyon m3 təbii qaz ixrac edilib.

2023-cü ilin əvvəlki ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan təbii qaz ixracı dəyər ifadəsi ilə 5 milyard 423 milyon dollar (44,2%), miqdar ifadəsi ilə 1 milyard 577 milyon m3 (6,9%) azalıb.

Xatırladaq ki, 2023-ci ilin yanvar-oktyabr aylarında xaricə 12 milyard 272 milyon dollar dəyərində 22 milyard 916 milyon m3 qaz ixrac edilmişdi.

Bu il Azərbaycanın xaricə satdığı qaz ötən illə müqayisədə 44,2% ucuzlaşıb. Belə ki, bu il xaricə satılan hər min kubmetr qazın orta ixrac qiyməti 321 dollar (546 manat) olub. Ötən il isə bu qiymət 536 dollar (910 manat) olmuşdu. Bu da illik müqayisədə 215 dollar (365 manat) və ya 40,1% (1,7 dəfə) azalma deməkdir (hər kub metr üçün 37 qəpik azalma ilə 55 qəpik təşkil edib).

Qazın ixracının artmasına baxmayaraq ümumi ixracdakı payı azalıb. Belə kİ, 2024-cü ilin ilk 10 ayının nəticələrinə görə, Azərbaycandan ixracın ümumi həcminin 30,11%-i təbii qazın payına düşüb. 2023-ci ilin eyni dövründə isə qaz Azərbaycanın ümumi ixracında cəmi 41,82% paya malik idi.

Seçilən
8
fed.az

1Mənbələr