AZ

Türkiyə kəşfiyyatı İraqda PKK-nın liderlərindən birini öldürüb

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalındakı Qara bölgəsində keçirdiyi əməliyyatla PKK/KCK terror təşkilatının sözdə liderlərindən Serhat Taqayı zərərsizləşdirib.

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, MİT apardığı kəşfiyyat işi nəticəsində Serhat Taqayın təşkilatın yüksək səviyyəli rəhbərlərinin mühafizəçisi kimi fəaliyyət göstərdiyini müəyyən edib. Terrorçu Taqayın təşkilat rəhbərlərinin göstərişi əsasında Qarada Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı aksiyalar təşkil etdiyi və bu hərəkətlərdə istifadə edilən silah, sursat və partlayıcı kimi bütün materialların təhvil verildiyi müəyyən edilib.

Məlumata görə, terror cinayətləri törətdiyinə görə barəsində həbs qərarı çıxarılan terrorçu addım-addım təqib olunmağa başlayıb.

Qeyd olunub ki, MİT xəbər mənbələri vasitəsilə Serhat Taqayın həssas mövqeyini müəyyən edib. Əməliyyat üçün ən uyğun vaxt gələndə düyməyə basılıb və kod adı Mervan Hizan olan Serhat Taqay nöqtə atışıyla zərərsizləşdirilib.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
11
missiya.az

1Mənbələr