AZ

Komitə sədri pensiyaların nə qədər artacağını açıqladı

Keçən gün Neftçalanın Ballıcallı kəndində üç yaşlı uşaq suda boğularaq ölüb. 

Belə ki, ailəsi ilə birlikdə kəndə qonaq gələn Bakı şəhər sakini, 2021-ci il təvəllüdlü H.X. velosiped sürərkən həyətdə ördəklər üçün qazılaraq su ilə doldurulmuş çuxura düşərək boğulub. Polis faktla bağlı araşdırma aparır. 

Qanunda ehtiyatsızlığa görə uşaq ölümünə cəza varmı? Yoxsa ehtiyatsızlıqdan uşaq ölümünə səbəb olan şəxslər sadəcə vicdan əzabı çəkməklə kifayətlənirlər? 

Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən hüquqşünas Elşad İsayev bildirib ki, Cinayət Məcəlləsində 124-cü maddə ehtiyatsızlıqdan adam öldürməklə bağlı məsuliyyəti müəyyən edən konkret normadır. Elşad İsayev qeyd edib ki, hadisə evdə baş verdiyi təqdirdə işin faktiki hallarına baxılır: 

“Ümumiyyətlə, istər evdə, məktəbdə, istər küçədə, ümumiyyətlə, elektrik xətləri olan yerlərdə uşaqların, şagirdlərin təhlükəsizliyini təmin etmək və binaların təhlükəsizliyini artırmaq üçün müxtəlif tədbirlər görülməlidir. 

Bu tədbirlər arasında qapıların və pəncərələrin, məktəb korpusları arasındakı qapıların kilidlənməsi, sərhəd çəkilməsi, xüsusi nişanların qoyulması, kamera sistemləri, giriş və çıxışların monitorinqi və s. kimi məsələlərə diqqət edilməlidir.

Amma hadisə evdə baş veribsə, o zaman işin faktiki hallarına baxılır. Məsələn, quyu qabaqcadan kim tərəfindən qazılıb, təhlükəsizlik tədbirləri görülüb ya yox?”

O bildirib ki, qanunvericilikdə bununla bağlı tədbirlər nəzərdə tutulub:

“Cinayət Məcəlləsində 124-cü maddə konkret normadır. Yəni, orda artıq ehtiyatsızlığı törədənin kim olmasının heç bir əhəmiyyəti yoxdur. Bu, ata, ana, qardaş, bacı, yaxın qohum, qonşu, üçüncü şəxs ola bilər. Burada konkret olaraq söhbət ehtiyatsız davranmaqla adam ölümünə səbəb olan cinayətin törədilməsindən söhbət gedir ki, bu da 124-cü maddə ilə məsuliyyəti müəyyən edir”. 

Hüquqşünasın sözlərinə görə, hər bir halda məsuliyyət müəyyən olunaraq əməli törətmiş şəxs birmənalı şəkildə cinayət məsuliyyətinə cəlb olunmalıdır: 

“Hadisənin evdə və ya çöldə baş verməsinin heç bir əhəmiyyəti yoxdur. Ancaq söhbət burda sırf törədilmiş hadisəyə münasibətdə hansısa qurğuların quraşdırılması, elektrik naqilllərinin çəkilməsi, quyuların qazılması və s. artıq ehtiyatsızlıqdan adam öldürmə kimi yox, bu və ya digər norma və prinsiplərin pozulması nəticəsində məsuliyyət yaradır. 

Məsələn, yüksək gərginlikli elektrik xətti çəkilir. Onun üzəri izolyasiya olunmur. Hal-hazırda məhlələrdə və köhnə tikililərdə, eyni zamanda həyət evləri olan yerlərdə elektrik qurğuları yerləşdirilir. Onların ətrafı izolyasiya olunmur, hasar çəkilmir və açıq şəkildə qalır.

Mən bunun praktikada şahidi olmuşam. Mənim icraatımda belə bir iş olub. Uşaqlar həmin ərazidə oynayarkən topu götürməyə çıxanda yüksək gərginlikli elektrik xətti uşağı vurmuşdu və bir qolu tamamilə iflic vəziyyətinə düşmüşdü. Burda artıq 124-cü maddə yox, əmək funksiyasının pozulması, elektrik xətti ilə bağlı mühəndisin, quyuların qazılması zamanı tədbir görməli olan şəxsin məsuliyyəti var”. 

Seçilən
9
cebheinfo.az

1Mənbələr