AZ

Azərbaycanlı uşağa türk adına görə kimlik sənədi verilmir

Vətəndaşlıq qeydiyyatı təşkilatı Ərdəbil vilayətinin Germi şəhərindən olan uşağa Manas türk adına görə kimlik sənədi vermir

Bu barədə Manasın atası Höccət Dana özünün sosial media hesabında paylaşım edib

"Bu gün Germidəki qeydiyyat şöbəsinə getdim. Oğluma Manas adlı doğum şəhadətnaməsi vermədilər." - deyə paylaşımda qeyd edilib.

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarəsinin məsul şəxsləri bundan əvvəl eyni ada kimlik sənədi vermiş olsalar da Manas adına yenidən problem törədirlər.

Əvvəllər Makulu Mehrab Məqsudzadənin ailəsi, uzun mübarizədən sonra, öz övladları üçün Manas adına kimlik ala bilmişdi.

Bu ada artıq kimlik sənədi alınmış olsa da vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı təşkilatının məsul şəxsləri bu adı "qadağan olunmuş adlar" siyahısından çıxarmamış, Manas adını "arzuolunmayan ad" kimi göstərərək kimlik sənədi verməkdən imtina etmişdilər.

visiontv.az



Seçilən
17
1
visiontv.az

2Mənbələr