AZ

On ayda Azərbaycanın təbii qaz ixracının həcmində azalma olub

2024-cü ilin on ayında 2 Azərbaycan 21 milyard 338 milyon 832,9 min kubmetr həcmində təbii qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,9% azdır. Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. 
 
Hesabat dövründə təbii qazın dəyəri 6 milyard 848 milyon 514,92 min ABŞ dolları təşkil edib. 
 
Bu ilin 9 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 4,2 % çoxdur.
 
2023-cü ildə respublikada qaz hasilatı 48 milyard 496,7 milyon kubmetr təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 3,8 faiz çoxdur.
 
Azərbaycan hökuməti 2024-cü ildə qaz hasilatını 49 milyard 63,6 milyon kubmetr həcmində proqnozlaşdırır.
 
Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev bildirmişdi ki, respublika 2027-ci ilə qədər Avropaya təbii qaz nəqlini iki dəfə artırmağa hazırdır.

Gülnar Nazimqızı 

www.anews.az
Seçilən
3
anews.az

1Mənbələr