M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında COP29-a həsr olunmuş növbəti konsert keçirilib.
Konsertdə dirijor, Əməkdar artist İlahə Hüseynovanın rəhbərliyi, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə (bədii rəhbər və baş dirijor Xalq artisti Ağaverdi Paşayev) solistlər Əməkdar artistlər Çinarə Mütəllibova (qanun), Ramil Qasımov (tenor), Almaz Orucova, Eldəniz Məmmədov, “Muğam” televiziya müsabiqəsi laureatları Zabitə Alıyeva (xanəndə), Vəfa Vəzirova (xanəndə), beynəlxalq müsabiqələr laureatları Taleh Yahyayev (bariton), Fəxri Kazım-Nicat (tenor), Prezident təqaüdçüsü Aidə Rəfiyeva (kamança), Natavan Həsənova (qanun), Sevinc Səfərova (kamança), Ulduz Məmmədova (kamança), Nərgiz Mütəllibova (fleyta), Fariz Hüseynov (kamança) və Rəvanə Qurbanova (xanəndə) dinləyicilər qarşısında çıxış ediblər.
Gecədə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.