AZ

Bayden Ukraynanın 4,65 milyard dollarlıq borcunu silə bilər

ABŞ prezidenti Co Bayden administrasiyası Ukraynanın 4,65 milyard dollarlıq borcunu silməyi planlaşdırır. 

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, Bayden administrasiyasının planı artıq respublikaçıların etirazına səbəb olub.

Məlumata görə, Ukraynaya borcun ləğvi ABŞ, Aİ, G7+ və NATO-dakı tərəfdaşlarının milli maraqlarına uyğundur. Hətta Ağ Ev apreldə təsdiqlənmiş 60 milyard dollarlıq əlavə yardım paketinin bir hissəsi olaraq, Kiyevə verilən 9 milyard dollar kreditin yarısını ləğv edir.

Bu qərara etiraz edən senator Rand Paul bildirib ki, Bayden administrasiyasının bu qərarı Senatda səsverməyə qoyulmalıdır. Səsvermə Senat tərəfindən təsdiq edilməlidir, çünki hazırda Konqresin yuxarı palatasına demokratlar nəzarət edir. Bundan başqa, Bayden qətnamə qəbul edilərsə, veto qoyula bilər. 

Gülşən Şərif

Seçilən
7
2
bakivaxti.az

3Mənbələr