AZ

Gürcü spiker: Biz bu qaydalarla Avropa İttifaqına daxil olmaq fikrində deyilik

Bəzi postsovet ölkələrinin siyasətçiləri, xüsusən də Baltikyanı ölkələrdən olan siyasətçilər Gürcüstanla münasibətdə “böyük qardaş” rolunu oynamaq istəyirlər, bu, belə alınmayacaq, biz bu qaydalarla Avropa İttifaqına daxil olmaq fikrində deyilik.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili “İmedi” telekanalının efirində bəyan deyib.

"Biz seçki kampaniyasında birbaşa xaricdən maliyyələşməni gördük. Oktyabrın 20-də qeyri-hökumət təşkilatlarının təşkil etdiyi və məzmunca “Gürcü Arzusu”na qarşı böyük mitinq digərləri ilə yanaşı, Avropa İttifaqının vəsaiti hesabına maliyyələşdirilib. Bu necə davranışdır, bunda avropalı nəsə varmı? Həmin aksiyaya xərclənən pulun Avropaya, onun dəyərlərinə, bizim səylərimizə nə aidiyyəti var? Gördüyümüz simalar arasında keçmişi "perestroyka" ilə bağlı olan siyasətçilər də var. Hətta Rasa xanım Qorbaçov dövründən siyasətlə məşğul olur, dəyərlərdən danışır və biz bəzi postsovet siyasətçilərini, xüsusən də Baltikyanı ölkələrin siyasətçilərini görürük ki, məncə, Moskvanı və onun “böyük qardaş” rolunu necə oynadığını çox izləyiblər və indi də özləri bu rolu oynamaq istəyirlər. Bu, belə olmayacaq. Biz siyasi korrupsiya ilə məşğul olan insanlardan ağıl öyrənəsi deyilik” - Papuaşvili bildirib.

Seçilən
11
2
apa.az

3Mənbələr