AZ

Nazir: Gələn il işədüzəltmə ilə bağlı hədəf 130 min nəfərdir

Gələn il işədüzəltmə ilə bağlı hədəf 130 min nəfərdir.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, cari ilin 10 ayında toplanmış vakansiyalar çərçivəsində 61 min aktiv vakansiya formalaşdırılıb: “Bu baxımdan, növbəti ildə 130 min nəfərin işə düzəltməsi hədəfinə nail ola biləcəyik”.

Nazir onu da qeyd edib ki, 2018-2024-cü illər ərzində 624 min nəfər Dövlət Məşğulluq Agentliyi tərəfindən işlə təmin olunub.

Seçilən
10
12
report.az

10Mənbələr