AZ

ABŞ-ın Polşadakı raketdən müdafiə bazası nüvə təhlükəsi səviyyəsinin artırır - Zaxarova

ABŞ-ın Polşada raketdən müdafiə bazasının açılması nüvə təhlükəsi səviyyəsinin artmasına gətirib çıxarır ki, bu, Vaşinqtonun təxribat xarakterli addımıdır.

Ucnoqta.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Bu, amerikalıların və onların Şimali Atlantika Alyansındakı müttəfiqlərinin strateji sahədə dərin sabitliyi pozan bir sıra hərəkətlərində növbəti açıq təxribatçı addımdır.
Bu addım NATO-nun hərbi infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşdırılmasının uzunmüddətli dağıdıcı praktikasına uyğun gəlir. Bu, təbi olaraq strateji risklərin artmasına və nəticədə nüvə təhlükəsinin ümumi səviyyəsinin artmasına gətirib çıxarır” - Zaxarova qeyd edib.

Diplomat qeyd edib ki, respublikadakı Amerika bazası uzun müddətdir ki, Rusiya qoşunları tərəfindən potensial məhv edilməsi üçün prioritet hədəflər sırasındadır.

Seçilən
17
ucnoqta.az

1Mənbələr