AZ

Su Məsələləri üzrə Bakı Dialoqu işə başladı

Bakı. Trend:

COP29 çərçivəsində Su Məsələləri və İqlim Fəaliyyətləri üzrəBakı Dialoqunun işə başlanmasına dair niyyət məktubu imzalanıb.

Trend xəbər verir ki, sənədiCOP29 prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziriMuxtar Babayev və Birləşmiş Millətlər Təşkilatının (BMT) Başkatibinin müavini, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçıdirektoru İnqer Andersen imzalayıblar.

Muxtar Babayevin sözlərinə görə, bu platforma COP-lar arasındaəməkdaşlıq mexanizmi rolunu oynayaraq su məsələlərinə davamlıdiqqətin təmin olunmasına xidmət edəcək. Platforma su, iqlimdəyişikliyi, biomüxtəlifliyin itirilməsi, çirklənmə və səhralaşmaarasındakı əlaqələri araşdıracaq, beynəlxalq və regional səviyyədəfəaliyyətlərə xüsusi diqqət yetirəcək.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
37
2
az.trend.az

3Mənbələr