AZ

Qobustan Günəş Elektrik Stansiyası 2026-cı ildə istismara veriləcək

Qobustan Günəş Elektrik Stansiyasının 2026-cı ildə istismara verilməsi gözlənilir.

Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlaması zamanı Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev deyib.

O bildirib ki, 20-25 gün ərzində müqavilələr tam yekunlaşacaq və daha dəqiq istismara verilmə tarixi məlum olacaq.
 

“Azərbaycanda ilk bərpaolunan enerji hərracında iştirak üçün 130-dan çox şirkətə dəvət göndərilmişdi. Hərrac prosesi iki mərhələdən ibarət olub. Bu, ümumilikdə 6 saat davam edib və nəticədə “Universal International Holdings Limited” şirkəti qalib gələrək, Qobustan Günəş Elektrik Stansiyasını tikmək hüququ qazanıb”, - deyə o diqqətə çatdırıb.


Qeyd edək ki, bu gün COP29 çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən 100 meqavat gücündə Qobustan Günəş Elektrik Stansiyasının tikintisi üzrə hərracın qalibi elan olunub. Hər kilovat-saat elektrik enerjisi üçün ən aşağı təklif verən “Universal International Holdings Limited” şirkəti hərracda qalib gəlib.

Bizim.Media

Seçilən
15
13
bizim.media

10Mənbələr