Fəlsəfə araşdırmaçısı, tərcüməçi, yazar Tural Cəfərlinin “Sokratla çayxana söhbətlərim” adlı yeni kitabı işıq üzü görüb.
Kulis.az xəbər verir ki, kitab “Mücrü” nəşriyyatında çap olunub.
Qədim Yunan filosofu Sokrat müasir dünyamızda yaşasaydı necə olardı? O da başqaları kimi məişət qayğılarından, sosial ədalətsizlikdən şikayətlənərdimi? Yoxsa hamıdan fərqli olaraq düşüncələrini və həyata baxışlarını dəyişərdimi? Bu suallarla müxtəlif cavabların axtarışına çıxan müəllif keçmişlə bu günü, bu günlə gələcəyi və gələcəklə keçmişi fərqli düşüncələrin fonunda təsvir edir.
Hadisələr “Bəxtsizlər” adlı qəsəbədə cərəyan edir. Bu qəsəbədə Sokrat qısa zamanda bütün diqqətləri özünə çəkir və beləliklə, bir-birindən maraqlı, təzadlı və qəribə əhvalatlarbaş verir.
Qeyd edək ki, “Sokratla çayxana söhbətlərim” müəllifin ilk romanıdır.