Bakı. Trend:
Pakistan İslam Respublikasında səfərdə olan Azərbaycan OrdusununBaş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Kəraçi şəhərindəbu ölkənin Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı generalAsim Munir ilə görüşüb.
Müdafiə Nazirliyindən Trend-əverilən məlumata görə, general-polkovnik K.Vəliyev dost və qardaşölkə Pakistanla bütün sahələrdə, o cümlədən hərbi sahədəəməkdaşlığın inkişaf etdirilməsinin Azərbaycan RespublikasınınPrezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlhamƏliyevin diqqət mərkəzində olduğunu xüsusi vurğulayıb.
Görüşdə ikitərəfli hərbi əməkdaşlığın genişləndirilməsi və birgətəlimlərin intensivliyinin artırılmasının vacibliyi bildirilib,habelə ölkələrimiz arasında strateji tərəfdaşlığın yüksələn xətləinkişaf etdiyi qeyd olunub.
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanınşimal-qərbində yerləşən Tirah vadisində baş vermiş terror hücumunupisləyib, həlak olanlarla bağlı Pakistan tərəfinə başsağlığıverib.
Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığınmüzakirə edildiyi görüşdə terrorla mübarizə və təhlükəsizlikməsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.