AZ

Nazir müavini bioloji müxtəlifliyin qlobal səviyyədə azalması səbəblərindən danışıb

Bioloji müxtəlifliyin seyrəkləşməsi, nadir növlərin kökünün kəsilməsi qlobal iqlim dəyişikliyi ilə birbaşa bağlıdır. Hazırkı bioloji müxtəlifliyin qlobal səviyyədə azalması nisbəti əvvəlkindən yüz dəfələrlə daha yüksəkdir və növbəti illərdə daha da yüksələcəyi güman edilir. Lakin heyvan və bitki növlərinin azalması və ya bir çox hallarda nəslinin kəsilməsi həm də insan fəaliyyətinin nəticəsidir. SİA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov COP29 çərçivəsində Mavi Zonada keçirilən "İqlim və biomüxtəliflik arasındakı əlaqə: davamlı gələcək üçün inteqrasiya olunmuş həllər" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, temperaturun yüksəlməsi və yağıntıların miqdarının dəyişməsi bitki örtüyünün yayılmasına mənfi təsir edir, yaşayış yerlərinin itirilməsinə və parçalanmasına, növ populyasiyalarının azalmasına səbəb olur: “Bu, ekosistemlərdə qanunauyğunluqların pozulmasına, vəhşi təbiətdə növlərin məhdud resurslar uğrunda rəqabətlə üzləşməsinə şərait yaradır. Xüsusi yaşayış mühiti tələbləri olan və ya müəyyən coğrafi diapazonlarla məhdudlaşan növlər yaşayış mühitinin deqradasiyası və itkisi səbəbindən yüksək risklərlə üzləşə bilər. Okeanlar tərəfindən artıq karbon qazının udulması nəticəsində yaranan okeanların turşulaşması prosesi dəniz ekosisteminə, o cümlədən mərcan rifləri, balıqlar və digər dəniz orqanizmlərinə mənfi təsir göstərir. Temperaturun və yaşayış mühitinin dəyişməsi qida mənbələrinin mövcudluğu və paylanması qanunauyğunluğunu dəyişir, ekosistemlərdə qida zəncirləri balansı pozulur”.

Seçilən
29
2
sia.az

3Mənbələr