Kürd terror qruplarının tərəfdarları İranşəhrilərlə birlikdə Qərbi Azərbaycana türk və yerli valinin təyin olunmasının qarşısını almaq üçün son günlər xeyli təbliğat apararkən, minlərlə türk tərəfdarı “Durnalar Yuvası” zalındamilli şüarlar səsləndirib, yerli vali tələb ediblər.
Dünən Urmuda keçirilən voleybol qarşılaşmasında Durnalar Yuvası meydançasına toplaşan 7000 azərbaycanlı türk azarkeş kürd terror qruplarının ekspansionist çağırışları qarşısında "Urmiyə Türkündür, Türkün qalacaq”, “Şəhidlər ölməz, Vətən Bölünməz” kimi şüarlar səsləndiriblər.
Bununla yanaşı, Urmiyə bələdiyyəsinin voleybol komandasının azarkeşləri “Pezeşkian dur səs ver, Urmiyəyə nəfəs ver” şüarı səsləndirərək, Qərbi Azərbaycana yerli vali təyin olunmasını tələb ediblər.
visiontv.az