Ermənistan Hindistanın “Kalyani Strategic Systems Limited” (KSSL) şirkəti ilə əlavə 78 Təkmilləşdirilmiş Yedəkli Artilleriya Sisteminin (ATAGS) alınması üçün ilkin danışıqlar aparır.
Bu barədə, Indian Defence Research Wing (IDRW) xəbər verir.
Bu qərar əvvəllər təhvil verilmiş 60 ədəd uğurlu sınaqdan sonra qəbul edilib. Nəşr yazır ki, altı haubitsadan ibarət ilk partiya müxtəlif şəraitlərdə, o cümlədən yüksək dağlıq və düzənliklərdə yüksək dəqiqlik və etibarlılıq nümayiş etdirib.
Yeni partiya erməni hərbçilərinin ehtiyaclarına, o cümlədən erməni dilində interfeysə uyğunlaşdırılacaq.
Almaz Həsənli