AZ

Saçları ilə yenidən gündəmə gələn hadisə qala gecəsində diqqət çəkdi

Baş rollarda müğənni Hadise və aktrisa Seda Bakanın oynadığı “Esas Oğlan”ın qalası keçirilib.

Bakupost.az xəbər verir ki, rəfiqəsi Seda Bakanla eyni paltarı geyinərək qalaya əl-ələ daxil olan Hadisənin yeni imici təəccübləndirib.

Sarışın saçlarını mis tonlarına boyayan müğənni diqqət çəkib.

Hadisə bu yaxınlarda qonaq olduğu bir verilişdə "Saçlarımı boyamaq üçün Belçikaya uçuram. Çünki ən yaxın dostum Sevda 17 yaşımdan saçlarımı rəngləyir. Ondan başqa heç kimə boyatmıram.Saçımı boyamaq üçün dünyanın o başına uçuram", - deyib.


Seçilən
23
bakupost.az

1Mənbələr