Bəzi müəssisələr yarananda vakant yerlər ilə bağlı Məşğulluq Mərkəzlərinə məlumat vermir. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.
"Əmək bazarının səmərli təşkili
vacibdir. Bəzən elə hallarla rastlaşırıq ki, şirkətlər açılır məşğulluq mərkəzinin
bundan xəbəri olmur. Vakant yerlərlə bağlı məlumat verilmir. Məlumatların
verilməməsinə görə məsuliyyət də var. Tələb və təklifi düzgün uzlaşdırmalıyıq. Bu məsələnin gələcəkdə
nəzərə alınması məqəsədəuyğn olardı", - deputat Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
Gülnar Nazimqızı
www.anews.az