AZ

Santexnik ustası təmir üçün getdiyi evdən sərvət tapdı - Foto

Çağırıldığı evlərdən birinə təmir üçün gedən santexnik ustası sərvət tapıb.




Referans.az" target="_blank">Referans.az- ın məlumatına görə Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Avstriyanın Vyana şəhərinin Penzinq rayonunda baş verib.




Usta iş görərkən evdə boruların arasına basdırılmış qutuda 2 milyon avro (təx. 3 milyon 600 min manat) dəyərində qızıl tapıb.



İçərisində 30 kq-lıq qızıl sikkələr olan qutu evin zirzəmisində aşkarlanıb.




Qızıl sikkələrin İkinci Dünya Müharibəsi zamanı basdırıldığı təxmin edilir.




Ölkə qanunlarına görə, pullar mülk sahibi ilə onu tapan şəxs arasında bərabər bölünüb.

Seçilən
24
1
referans.az

2Mənbələr