AZ

Ağayev Niderlandın oyununda əlini bir dəfə cibinə atdı və...

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti dəfə UEFA Millətlər Liqası oyununu idarə edib.

Sportinfo.az xəbər verir ki, o, A Liqasının 3-cü qrupu çərçivəsində 6-cı turun Bosniya və Herseqovina – Niderland oyununun baş hakimi olub.

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirib.

1:1 hesabı ilə başa çatan matçda Əliyar Ağayev cəmi bir sarı vərəqə göstərib. O, matçın 76-cı dəqiqəsində meydan sahiblərinin oyunçusu Ermedin Demiroviçə rəsmi xəbərdarlıq edib.

Niderland qrup mərhələsini 9 xalla 2-ci, Bosniya və Herseqovina isə 2 xalla sonuncu yerdə bitirib.

Seçilən
5
sportinfo.az

1Mənbələr