AZ

ÜST virusa qarşı yeni peyvəndi təsdiqləyib

Ümumdünya Səhiyyə Təşkilatı Yaponiyada KM Biologics tərəfindən hazırlanmış meymun çiçəyi xəstəliyinə qarşı “LC16m8” peyvəndini təcili istifadə üçün təsdiq etdiyini açıqladı.

Busaat.az xəbər verir ki, dünyada 40 mindən çox insanda müşahidə edilən bu xəstəlik bir çox insanın ölümünə səbəb olub. Bu xəstəli üçün ilk peyvənd ÜST tərəfindən təsdiq olunub.

ÜST meymun çiçəyi virusuna qarşı ehtiyat tədbirlərinin görülməsi üçün təcili istifadə üçün ‘LC16m8’ peyvəndini təsdiq etdiyini açıqladı. Qərarı şərh edən ÜST-nın baş direktoru Tedros Adhanom Ghebreyeus açıqlamasında belə bildirib: “Bu, virus yayılmağa davam etdiyi üçün həssas əhalini və xüsusən də uşaqları qorumaq üçün həyati bir addımdır”.

Yaponiyada KM Biologics tərəfindən hazırlanmış “LC16m8” dərmanının epidemiya bölgələrində 1 yaşdan yuxarı olanlar üçün siyahıya alınmış ilk peyvənd olduğu açıqlanıb.

Zeyd Bağırzadə

Seçilən
8
busaat.az

1Mənbələr