Demokrat.az xəbər verir ki, bu barədə "Your Tango" nəşri üçün yazdığı məqalədə tanınmış tanışlıq və münasibətlər üzrə təlimçi, insanların həyatına uğur və bolluq cəlb etməsinə kömək edən mütəxəssis Ketrin Bihan danışıb.
1. Özünüzlə dürüst olun
Özünüzə bu sualı verin: "Ayrılıqdan neçə gün (və ya ay) keçib?" Bunun ardınca ucadan deyin: "Biz ayrıldığımızdan bu yana neçə gün keçib".
Bəzən bu sadə etiraf insanın zamanın keçdiyini və hələ də keçmişdən əl çəkə bilmədiyini anlamağa kömək edir. Dəyişikliklərin ilk addımı məhz budur.
2. Özünüzə məktub yazın
Bu məktub keçmiş sevgiliniz üçün deyil, məhz sizin üçündür. Hisslərinizi, məyusluqlarınızı, buraxdığınız səhvləri yazın. Münasibət zamanı həyatınızın digər sahələrini unutduğunuza görə özünüzdən üzr istəyin. Həmçinin, məktubda bir vaxtlar maraqlandığınız hobbiləri və ya həyat məqsədlərinizi qeyd edin. Özünüzə bu maraqları yenidən kəşf etməyə və həyatınıza davam etməyə söz verin.
3. Fiziki aktivliyə başlayın
İdman həm əhvalınızı yüksəldir, həm də xoşbəxtlik hormonları olan endorfinlərin ifrazını artırır. Bu, diqqətinizi yayındırmaq və həm fiziki, həm də zehni idarəni bərpa etmək üçün əla bir yoldur. Aktrisa El Vuds deyirdi: "Endorfinlər insanları xoşbəxt edir".
4. Aromaterapiyanı sınayın
Qoxu stressi azaltmaq üçün güclü bir vasitədir. Şamlar, efir yağlarının aromaları və ya canlı güllərlə rahat və sakit atmosfer yaradın. Tədqiqatlar göstərir ki, xoş ətirlər beyninizdə sakitləşdirici kimyəvi maddələrin yaranmasını stimullaşdırır.
5. Musiqiyə qulaq asın
Musiqi ruh üçün əsl dərmandır. O, sizi rahatlaşdırır, müsbət emosiyalar yaradır və hətta rəqs etməyə ruhlandırır. Təbiət səsləri və ya meditasiya melodiyaları stressi azaltmaq və sakitləşdirmək üçün faydalıdır.
6. Keçmişin izlərini həyatınızdan silin
Keçmiş sevgilinizin hədiyyələrini, fotolarını, açıqcalarını və ya sizi ona xatırladan xırda əşyaları yığın. Onları bir qutuya yığıb uzaq bir yerə qoyun. Hazır olmadığınız təqdirdə, bu əşyaları atmaq vacib deyil. Əsas məsələ, məkanınızı keçmişin xatirələrindən təmizləməkdir.
7. Xatirələri sistemləşdirin
Ortaq şəkilləri, mesajları və ya elektron məktubları bir fayl və ya qovluqda toplayın. Əgər onları silməyə hələ hazır deyilsinizsə, bu da normaldır. Hətta belə bir hazırlıq yeni hisslər və təəssüratlar üçün həyatınızda yer açmağa kömək edir.
Jalə
Demokrat.az