Məlum olduğu kimi Millətlər Liqasında B Liqasının 4-cü qrupunda Türkiyə son oyunda ümidləri doğrultmadı.
Monteneqronun Türkiyəni 3:1 yenməsi ən çox Uelsi sevindirdi. Çünki britaniyalılar evdə İslandiyanı 4:1 darmadağın edərək qrupu zirvədə tamamladılar. Bu arada oyundan sonra Uelsin rəsmi ''iks'' (tvitter) səhifəsi türkiyəli futbolsevərləri qıcıqlandıran bir paylaşım etdi. Monteneqronun heyətində Türkiyənin qapısına vurulan hər üç qolun müəllifi Nikola Krstoviç oldu. Uelsin səhifəsi ''biz hər zaman Krstoviçi bəyənmişik'' paylaşımını etdi.
Maraqlıdı ki, karyerasını ''Leççe''də davam etdirən 24 yaşlı hücumçu buna qədər Monteneqronun heyətində keçirdiyi 23 qarşılaşmada cəmi 3 qol vurmuşdu. Cari ML-də ilk 5 turda fərqlənə bilməyən futbolçu nəinki yığmada, ümumiyyətlə peşəkar karyerasında ilk dəfə het-trik etdi. Transfer dəyəri cəmi 6 milyon avro olan Krstoviç bu mövsüm A seriyasında meydana çıxdığı 12 qarşılaşmada 2 qol vurub.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta