AZ

Hamı bu türkdən danışır: Fransanın ən şanslı adamı oldu

Fransada yaşayan türk qeyri-mümkün bir ehtimalı mümkün edib.

News24.az xəbər verir ki, bu barədə Fransanın “Le Dauphiné Libéré” qəzeti məlumat yayıb.

Məlumata görə, Avropada lotereya təşkilatı “EuroMillions”un 1 milyon avroluq “My Million” tirajına bilet alan türk 2022-ci ildə 1 milyon avroluq mükafatı qazanıb. Qazandığı pullarla daşınmaz əmlaka yatıran türk bu müddət ərzində lotereya oyunlarına olan marağını itirməyib.

Lotereya üçün bilet almağa davam edən şanslı adam lotereyanın nəticələrini yoxlayarkən inanılmaz mənzərə ilə qarşılaşıb. Adam cəmi 2 il sonra eyni tirajı yenidən qazanıb. 

Qazandığı uduşdan sonar iş həyatından əl çəkmədiyini bildirən türk həyat yoldaşı ilə bal ayına getdiyini və qazandığı ilk uduşla daşınmaz əmlaka sərmayə qoyduqlarını və bu yolda qazandığı pulu sərmayə üçün istifadə edəcəyini bildirib.

 “Hər həftə oynamağa davam edirəm, çünki indi qazanmağın mümkün olduğunu bilirəm. Üstəlik, “ikidir, niyə üç olmasın” məntiqi ilə oynayıram”, - deyə o bildirib.

Aynurə



Seçilən
9
news24.az

1Mənbələr