AZ

Azərbaycanda kənd təsərrüfatında çalışanların 49 faizi qadınlardır - KOMİTƏ SƏDRİ

Azərbaycanda əmək qabiliyyətli əhalinin 48 faizi kənd təsərrüfatında çalışır ki, bunların 49 faizi qadınlar, 51 faizi isə kişilərdir. Xüsusilə qadınlar üçün kənd təsərrüfatında çalışanları dəstəkləmək və həssas gender tədbirləri həyata keçirmək milli prioritetlərdən biridir. SİA xəbər verir ki, bu fikirləri COP29 Təşkilat Komitəsinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova COP29 çərçivəsində keçirilən “Şəffaflıqda gender” mövzusunda yüksəksəviyyəli tədbirdə çıxışı zamanı səsləndirib.

O bildirib ki, ölkədə yaşıl kənd təsərrüfatını dəstəkləmək üçün 2020-2023-cü illəri əhatə edən Birgə Fəaliyyət Planı icra edilib. Bu plan mənfi ekoloji təsirləri azaltmaq məqsədini daşıyan çoxölçülü tədbirlərdən ibarətdir. Gender bərabərliyini COP29 çərçivəsində iqlim siyasətinin əsas prinsipi etmək öhdəliyimizi təsdiqləyirik.

“İnanıram ki, istisnasız olaraq bütün ölkələr BTR (İkiillik Şəffaflıq Hesabatları) və NDC (Milli Müəyyən Edilmiş Töhfələr) hazırlanması və həyata keçirilməsi prosesində gender bərabərliyinə dair milli platformalar yaratmalıdır. Bu, qadınlar və qızlar, həmçinin digər həssas qruplara iqlim tədbirlərinə təsir göstərmək və layihələrin icrasına nəzarət etmək imkanı verəcək. İqlim maliyyələşdirilməsində gender-həssas modellərin tətbiqi iqlim tədbirlərində gender bərabərliyini dəstəkləyəcək”, - deyə komitə sədri qeyd edib.

Seçilən
17
1
sia.az

2Mənbələr