AZ

İtkin düşdüyü üçün verilişə çıxdı, tapanda isə öldürdü

Türkiyədə qanayan yara qadın cinayətləridir. Mersindən daha bir acı xəbər gəlib.

Mersində yaşayan Həsən Fırtına birlikdə yaşadığı bir uşaq anası Aybəniz Topun bir ay əvvəl itkin düşdüyünü, bir televiziya proqramına çıxıb. Verilişə qatılan qadın isə Fırtınadan qaçdığını, getmək istədiyini və itmədiyini söyləyib.

News24.az xəbər verir ki, ötən gün axşam saatlarında Toroslar rayonunun Akbelen rayonunda bir araya gələn Həsən Fırtına ilə Aybəniz Top arasında mübahisə düşüb.

Mübahisə böyüyüb və Fırtına qadını döyərək boğub. Səsləri eşidənlərin xəbəri üzərinə əraziyə polis qrupları sövq edilib.

Evə gələn sağlamlıq qrupları Aybəniz Topun öldüyünü müəyyən edib.

Qeyd edək ki, qaçan şübhəli qısa müddətdə yaxalanarkən, hadisə ilə bağlı istintaq başladılıb.

Toroslar rayonunda yerləşən Güneykent qəbiristanlığına gətirilən Aybəniz Top gözyaşları içində torpağa tapşırılıb.

Fırtına Növbətçi Sülh Cəza Məhkəməsi tərəfindən 'qəsdən adam öldürmə' ittihamı ilə həbs edilib.

Günel Məlikzadə

Seçilən
54
news24.az

1Mənbələr