AZ

Qadınların və gənclərin iqlim dəyişmələri ilə bağlı qarşılaşdığı çətinliklər vəonların bu mübarizədə rolu

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə reallaşdırdığı “COP29-la bağlı beynəlxalq təşəbbüslər” layihəsi çərçivəsində “Gender Hub Azerbaijan” təşkilatı tərəfindən Millətlər Birliyinin təşkilati dəstəyi ilə “Qadınlar və gənclərin yaşıl bacarıqlarının artırılması: “Commonwealth” təcrübəsi əsasında” mövzusunda tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbir həssas qrupların, xüsusilə qadınların və gənclərin iqlim dəyişmələri ilə bağlı qarşılaşdığı çətinliklər və onların bu çətinliklərlə mübarizədə roluna həsr olunub.

Tədbirdə Millətlər Birliyi təşkilatının (Commonwealth of Nations) Baş katibi Patrisia Canet Skotland, COP29-un iqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai, Pakistan parlamentinin üzvü Syed Navid Qamar və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin COP29 şöbəsinin rəhbəri Nik Beyker çıxış ediblər. Daha sonra “Gender Hub Azerbaijan” təşkilatının sədri və COP29 Təşkilat Komitəsinin üzvü Məryəm Məcidovanın moderatorluğu, “M&C Consulting” şirkətinin həmtəsisçisi Covanna Minqarelli, “Ushindi Empowerment Group”un həmtəsisçisi Nafula Vafula-Gitonqa, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan Ofisinin rəhbəri Nasar Hayat və GSİSD, “THE” Society International təşkilatlarının təsisçisi Qaser Navabın iştirakı ilə panel müzakirə keçirilib. Paneldə iqlim dəyişmələrinin müxtəlif ölkələrdə qadınlar və gənclərə təsiri, bu təsirləri azaltmaq üçün yerli və beynəlxalq strategiyalar müzakirə olunub.

Orxan Vahidoğlu, "İki sahil"

Seçilən
52
ikisahil.az

1Mənbələr