Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi yeni tender elan edib.
Valyuta.az xəbər verir ki, tender dövlət teatr və konsert müəssisələrinə, uşaq musiqi məktəblərinə musiqi alətlərinin alınması ilə bağlıdır. Tenderin ilkin ehtimal olunan qiyməti 498 min 922 manatdır.
Təkliflərin son təqdim olunma tarixi 11 dekabrdır.
Əvəz Həsənov