AZ

Sosial şəbəkələr beynimizi çürüdür

Rəqəmsal dövrün gətirdiyi ən böyük problemlərdən biri sosial media asılılığıdır.

Turkustan.az xəbər verir ki, rəqəmsal asılılıq özü ilə yeni terminlər gətirdi. Bu beyin çürüməsidir. Çünki sosial mediada uzun saatlar keçirmək yaddaşı yorur. Rəqəmsal dövrün sürətlə inkişaf edən texnologiyası ilə uzun müddətli ekran istifadəsi beyin sağlamlığına mənfi təsir göstərə bilər.

Diqqət əskikliyi, yaddaş itkisi, zehni yorğunluq və sosial mediada sərf olunan saatlar artdıqca bu problemlər artmağa başlayır və beyin sağlamlığı təsirlənir. Beyin funksiyalarımız yavaş-yavaş atrofiyaya başlayır və bizim beynimiz öz gücünü itirir. Daimi intensivlik və həyatdakı mövcud inkişaflar bizi çox yorur, bu xüsusi ilə uşaqlara daha çox təsir edir.

Sosial mediada saatlarla vaxt keçirmək real həyatdan qopmağa və virtual aləmdə yaşamağa çevrilir. Mütəxəssislər rəqəmsal detoksun beyin çürüməsi prosesini dayandırmaq üçün təsirli bir həll ola biləcəyini təklif edirlər.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
22
turkustan.az

1Mənbələr