AZ

"Mançester Siti"nin ulduzu Qvardiola haqda danışıb

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland komandanın baş məşqçisi Pep Qvardiola ilə "şəhərlilər" arasında mümkün müqavilənin uzadılmasından danışıb.

90deqiqe.Az xəbər verir ki, “Daily Mail” norveçli forvardın dediklərini belə çatdırıb.

“Ümid edirəm ki, müqavilə uzadılacaq. İlk 2,5 ildə Qvardiola mənim üçün çox vacib idi. Kaş ki, burada mümkün qədər uzun müddət qalaydı. Mən Pep-in rəhbərliyi altında işləməkdən həzz alıram” 

Erlinq 2022-ci ildən ingilis nəhənglərinin rənglərini qoruyur. Tərəflər arasında mövcud əmək müqaviləsi 2027-ci ildə başa çatır. Cari oyun kampaniyasında skandinaviyalı forvard 16 oyun keçirərək 15 qol vurub.

Seçilən
18
90deqiqe.az

1Mənbələr