AZ

Avropa Komissiyasının rəhbəri təyyarədə sərnişinə ilkin tibbi yardım göstərib

Sürixdən Brüsselə uçan "Swiss Air" reysi zamanı sərnişinlərdən birinin səhhəti pisləşdiyi üçün ekipaj yardım məqsədilə göyərtədə tibbi bilikləri olan insanlara müraciət edib...

Poliqon xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen çağırışa cavab verib və təyyarə yerə enməzdən əvvəl həmin şəxsə ilkin tibbi yardım göstərib.

Bild-in məlumatına görə, təcili eniş prioriteti olan təyyarə Brüsselə enib və pasiyent həkimlər tərəfindən qarşılanıb.

"Həkimlər xəstəyə qulluq edərkən qalan sərnişinlər təyyarədə gözləyirdi", deyə şahidlərdən biri bildirib.

Bundan sonra fon der Leyen rəsmi görüşlərindən birinə tələsdiyi üçün "Mercedes" makalı avtomobillə yoluna davam edib. Avropa Komissiyasının rəhbəri özü də Bild-ə açıqlamasında sərnişinə kömək etdiyini təsdiqləyib.

"Biz Brüsselə qayıdırdıq ki, sərnişinlərdən birinin köməyə ehtiyacı var idi. Həmişə olduğu kimi, ekipaj tibbi bacarıqları olanlardan cavab vermələrini istədi", deyə AK rəhbəri bildirib.

Ursula fon der Leyenin tibb təcrübəsi və doktorluq dərəcəsi var. O bundan əvvəl də uçuşlar zamanı sərnişinlərə yardım edir.

Poliqon.info

Seçilən
12
poliqon.info

1Mənbələr