AZ

İranlı qadın etiraz etmək üçün soyunub: "Onu ruhi xəstə olduğu üçün buraxdıq"


7NEWS.az xəbər verir ki, İranda universitetin əxlaq polisi tərəfindən çadrasını nalayiq geyindiyi üçün təzyiqə məruz qalan tələbə qız etiraz edib. Alt paltarına qədər soyunan tələbə aksiyadan sonra saxlanılıb. Gənc qadın "ruhi xəstə” olduğunu iddia edərək səlahiyyətlilər tərəfindən sərbəst buraxılıb. İran məhkəmə sistemindən verilən açıqlamaya görə, Ahoo Daryaei adlı qadına xəstəxanada tibbi yardım göstərilib, daha sonra ailəsinə təhvil verilib. Təəssüf ki, bu, İran hakimiyyətinin məcburi hicab qanunlarına etiraz edən qadına psixi xəstəlik damğası vurması ilk dəfə deyil.
Seçilən
13
7news.az

1Mənbələr