AZ

Almaniya su məsələləri üzrə Bakı Dialoqunda iştirakını səbirsizliklə gözləyir-Şteffi Lemke

Bakı. Trend:

Almaniya Bakı Su Dialoqunda iştirakını səbirsizlikləgözləyir.

Trend xəbər verir ki, bubarədə Almaniyanın ətraf mühit naziri Şteffi Lemke COP29çərçivəsində "Su Gününün qeyd edilməsi: İqlim, təbiət və insanlarüçün xilasedici halqa" adlı yüksək səviyyəli tədbirdə bildirib.

"Su adaptasiya üçün əsas sektordur. O, qlobal adaptasiyaməqsədləri üçün zəruridir. Su siyasəti sistematik şəkildə milliadaptasiya planlarına daxil edilməlidir. Su ehtiyatlarının idarəolunması sahəsində biz bir-birimizdən çox şey öyrənə bilərik.Əminəm ki, Bakı Dialoqu bunun üçün mühüm platforma təmin edəcək.Almaniya bu dialoqda iştirakını səbirsizliklə gözləyir", – deyə oqeyd edib.

Nazirin sözlərinə görə, Almaniya su məsələləri üzrə BakıBəyannaməsini dəstəkləyir və Bakı Dialoqu hədəflənmiş müzakirələrəvə praktiki tədbirlərin həyata keçirilməsinə töhfə verə bilər.

"Su – bütün həyatın mənbəyidir və o, iqlim dəyişikliyinintəsirlərinin azaldılması və adaptasiya daxil olmaqla, dayanıqlıinkişaf məqsədlərinə nail olmaq üçün əsas elementdir. Su eynizamanda iqlim böhranının "xəbərçisi"dir. Çox zaman ya həddindənartıq çox, ya da həddindən az olur. Biz daha çox quraqlıqlar, artansu çatışmazlığı və dağıdıcı daşqınlarla qarşılaşırıq. Biz istəyirikki, su problemin rəmzi deyil, həll yolunun bir hissəsi olsun", –deyə nazir vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
40
1
az.trend.az

2Mənbələr