BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində COP29 Azərbaycan Əməliyyat Şirkətinin təşkilatçılığı ilə “İqlim dəyişmələri şəraitində Kiçik ada dövlətləri (SİDS) və icmaların ekosistemləri” mövzusunda panel sessiyası keçirilib.
APA-nın xəbərinə görə, Vanuatunun COP29 üzrə xüsusi elçisi Ali Serimin moderatorluğu ilə keçirilən sessiyada Millətlər təşkilatının Baş katibi Baroness Patrisiya Skotland, Tuvalunun daxili işlər, iqlim dəyişikliyi və ətraf mühit naziri Maina Talia, “ODI Global” mərkəzinin qlobal risk və dayanıqlılıq proqramının direktoru Rebekka Nadin, Birləşmiş Millətlər Təşkilatı yanında Palau Missiyasının müşaviri Anjelik Puponno, Azərbaycan Respublikasının Kosmik Agentliyi Azərkosmosun Coğrafi informasiya sistemləri Mərkəzinin tematik emal bölməsinin rəhbəri Murad Camalov iştirak edib.
Tədbiri giriş sözü ilə açan Tuvalunun daxili işlər, iqlim dəyişikliyi və ətraf mühit naziri Maina Talia İqlim dəyişmələrinin çox təsir göstərdiyi kiçik ada dövlətlərinin poroblemlərinin həllinə yönəlmiş müzakirələr baxımından COP29-un vacibliyini vyurğulayıb:
“Bir daha qeyd etmək istəyirəm ki, bu dəfəki COP konfransının prioritetlərindən biri maliyyə məsələsidir. Bu konfransda İnkşaf etməkdə olan kiçik ada dövlətlərinə xüsusi diqqət yetirilir".
İqlim dəyişmələrinə qarşı mübarizədə maliyyə məsələsinin çox vacib olduğunu vurğulayan nazir, lazım olunan vəsaitin əlçatanlığının təmin olunması üçün uzun zaman gözlənilməsinə dair təəssüfünü bildirib. Daha sonra söz alan Millətlər Təşkilatının Baş katibi Baroness Patrisiya Skotland İqlim dəyişmələrinə həsr olunmuş bu konfransın iqlimə ədalət anı olduğunu vurğulayıb:
“İqlim dəyişmələri sürətlə baş verir və biz də bunu adekvat olaraq hərəkət etməliyik. İqlim dəyişmələrinin sürətlənməsinə “töhfə verməyən” amma onun nəticələrindən ən çox əziyyət çəkən ölkələr üçün mübarizə aparmaq və onlara yardım etmək çox
vacibdir.”
Azərbaycan Kosmik Agentliyi Azərkosmosun Coğrafi informasiya sistemləri Mərkəzinin tematik emal bölməsinin rəhbəri Murad Camalov çıxışı zamanı “Azərkosmos”un Qafqazda və regionda aparıcı kosmik agentliklərdən biri olduğunu vurğulayıb:
“Bizim peyklərimiz və çox güclü komandalarımız var. Kiçik ada ölkələrini səmadan izləmək və orada baş verən dəyişmələri müşahidə edərək adekvat addımların atılması üçün lazımı məlumatları toplamaq imkanına malikik.”