AZ

Paşinyan Qarabağdan gedənlərə yardımı dayandırır

Gələn ilin yazından başlayaraq Qarabağdan könüllü şəkildə Ermənistana köçən ermənilərə yardım azalacaq və konkret hədəf qruplarına veriləcək. 

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyan hökumətin iclasında açıqlama verib. Nazir bildirib ki, 2025-ci ilin yanvar-mart ayları üçün ödəniləcək maliyyə yardımı 50 min dram təşkil edəcək və “40+10” proqramı mart ayına qədər qüvvədə olacaq. 

Aprel-iyun aylarında dəstəyin məbləği 40 min drama qədər azalacaq və bu vəsaiti konkret qruplar ala biləcək. Bunlar yetkinlik yaşına çatmayanlar və ya 18 yaşına çatmış, lakin ali təhsil alan vətəndaşlar, 63 yaşdan yuxarı şəxslər, ailə başçısını itirmiş şəxslər, habelə 1-ci və 2-ci dərəcə əlillərdir. 

Başqa sözlə, bu sosial qruplardan kənarda qalan digər şəxslər mart ayından etibarən maliyyə dəstəyi almayacaqlar. İyul-dekabr aylrında Qarabağdan köçmüş konkret hədəf qrupları aylıq 30 min dram məbləğində dəstək alacaqlar. Mkrtçyanın sözlərinə görə, Qarabağdan köçmüş 25-ə yaxın vətəndaş işə başlayıb və ya bizneslə məşğuldur. Ona görə də dövlət dəstəyi ünvanlı olmalıdır. 

Seçilən
11
cebheinfo.az

1Mənbələr