Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qaz tədarükünün ödənilməməsi ilə bağlı Avstriyanın OMV konserninin vicdansız davranışını qeyd edib.
“Bu, Avstriya konserninin vicdansız davranışıdır. Bizim buna mənfi reaksiyamız, mənə elə gəlir ki, daha çox haqlıdır. Biz bu halda xeyriyyəçiliklə məşğul olmaq fikrində deyilik”, o, brifinqdə bildirib.
Noyabrın 15-də Avstriyanın OMV şirkəti “Qazprom Export”dan qaz tədarükünü dayandırmaq barədə bildiriş alıb . 16 noyabr 2024-cü il tarixində Mərkəzi Avropa vaxtı ilə saat 06:00-dan (Moskva vaxtı ilə 08:00) qaz təchizatı dayandırılacaq.
Avstriya Rusiyadan qaz nəqlini dayandırmağa hazır olduğuna inandırıb.
DOĞRU.AZ