AZ

Avstraliyada 16 yaşı olmayanlara sosial şəbəkə qadağan edildi

Avstraliya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edən qanun qəbul edib.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

"2024-cü il Onlayn Təhlükəsizliyə Dəyişiklik (Sosial Media üçün Minimum Yaş) Qanun layihəsi gənc avstraliyalıları inkişafının kritik mərhələlərində daha çox müdafiə edəcək", - məlumatda qeyd olunub. 

Sosial platformalardan yetkinlik yaşına çatmayan istifadəçilərin hesab yaratmasının qarşısını almaq üçün ağlabatan addımlar atması tələb olunacaq: "Yaş məhdudiyyətləri "Snapchat", "TikTok", "Instagram", "X" və s. kimi sosial platformalara şamil olunacaq. Eyni zamanda, qanun layihəsi gənc avstraliyalıların mesajlaşma və onlayn oyun proqramlarına, həmçinin "Headspace", "Kids Helpline", "Google Classroom" və "YouTube" kimi sağlamlıq və təhsillə bağlı xidmətlərə davamlı çıxışını təmin edəcək". 

Avstraliya hökuməti onlayn təhlükəsizlik pozuntularına görə daha sərt cəzalar təyin edəcək. Oonlayn platformalar təkrar pozuntulara görə 49,5 milyon Avstraliya dollarına qədər cərimələnə bilər: "Bəzi uşaqların bunun ətrafında yollar tapacağını bilirik, lakin biz sosial media şirkətlərinə təcrübələrini yaxşılaşdırmaq üçün mesaj göndəririk". 

Baş nazir Albaninin saytında verilən açıqlamaya görə, qanun layihəsi gənc avstraliyalılar, valideynlər, ekspertlər, sənaye, icma təşkilatları və əyalət və ərazi hökumətlərinin geniş rəyindən sonra hazırlanıb.

Ağarza Elçinoğlu

Seçilən
22
1
unikal.az

2Mənbələr