AZ

Sosial islahat paketi 3 milyona yaxın insanı əhatə edəcək -

Qarabağa qayıdan insanlar arasında ixtisaslı kadrların hazırlanması bizim hədəfimizdir.Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, bununla əlaqədar Elm və Təhsil Nazirliyi ilə birgə proqram hazırlanıb: "Dövlət başçımız tərəfindən növbəti ildə böyük sosial islahat paketinin həyata keçiriləcəyi elan olunub. Minimum əməkhaqqı və minimum pensiya, eyni zamanda, sosial ödənişlərdə artımların edilməsi, ümumilikdə, pensiyaların indeksləşdirilməsi həyata keçiriləcək və bu sosial islahat paketi 3 milyona qədər insanı əhatə edəcək", - deyə S.Babayev bildirib.

Seçilən
19
10
metbuat.az

10Mənbələr