AZ

Türkiyə İsraillə münasibətləri kəsdi. Azərbaycanın bu addıma münasibəti necə olacaq? – Əhməd Əlili saat 16:00-da Çətin sualda

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraillə ticarət əlaqələrini kəsdiklərini deyib.

“Ölkəmizdəki bəzi siyasi partiyalar qəribə sözlər desələr də, biz İsraillə münasibətləri tamamilə kəsdik və son olaraq İsrail Prezidentinin Azərbaycanda keçirilən COP29 sammitinə getmək üçün bizim hava xəttimizdən istifadə etməsinə icazə vermədik. Bakıya başqa yollarla çatmaq olar. Onlardan istifadə etməsini dedik. Gedə bildi, ya yox, onu bilmirəm”,- Ərdoğan jurnalistlərə belə deyib.

Qeyd edək ki, İsrail Prezidenti İshaq Hersoq noyabrın 19-da  COP29-da iştirak etmək üçün Bakıya gəlməli idi.  Lakin onun Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirak etmək üçün planlaşdırılan səfəri ləğv edildi. İsrail Prezidentinin ofisinin rəsmi açıqlamasında COP29-a səfərin “təhlükəsizlik səbəbi ilə” ləğv edildiyi bildirilsə də, ev sahibi Azərbaycan əsl səbəbin Türkiyənin “Wing of Sion” təyyarəsinin öz hava məkanından keçməsinə icazə verməməsi olduğunu bildirib. İntensiv diplomatik səylərə baxmayaraq, Türkiyə uçuş üçün hava dəhlizi təqdim etməyi rədd edib.

“Təəssüf ki, diplomatik kanallar vasitəsilə bir neçə gün davam edən intensiv danışıqlar nəticə vermədi. Azərbaycan iqlim konfransında bütün tərəflərin iştirakı üçün müvafiq şərait yaradıb, lakin İsrail Prezidentinin səfəri ilə bağlı vəziyyət bizim ölkədən asılı olmayan səbəblərdən yaranıb“, – Azərbacan Xarici İşlər Nazirliyinin rəsmisi mediaya bildirib.

Türkiyə- İsrail, eləcə də Azərbaycan-Türkiyə, Azərbaycan İsrail münasibətləri haqda siyasi analitik Əhməd Əlili Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.

 

Seçilən
5
turan.az

1Mənbələr