İnstaqram və TikTok-da məşhurlaşan, serialda rolan Ülvi-Fatimə cütlüyü (Ülvi Mustafayev və Fatimə Əhmədova) idman sahəsində gücünü sınayıb.
Milli.Az bildirir ki, azərbaycanlı bloqer Fatimə Əhmədova Macarıstanın Mişkolts şəhərində keçirilən məşhurların (qeyri-peşəkarlar kateqoriyası) boks yarışmasında ölkəmizi təmsil edib.
Əhmədova (59kq) rəqibi Ela Yerkoviçə (62.45kq) məğlub olub.
Qeyd edək ki, həmçinin fitness trainer Xəqani Səlimov Macarıstanda keçirilən məşhurların (qeyri-peşəkarlar kateqoriyası) boks yarışmasında hazırda Azərbaycanı təmsil edir. Təmsilçimiz 1 xal hesabı ilə məğlub olub.
Milli.Az