Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib:
"İsrail və Türkiyə arasında münasibətlərin pozulması illər öncəyə təsadüf edir. Vaxtilə Türkiyə və İsrail arasında münasibətlər indikindən o qədər də fərqli olmayan səviyyədə olduğunda, Azərbaycan vasitəçilik etmişdi və Türkiyə-İsrail münasibətlərinin normallaşdırılmasına nail olmuşdu. Ancaq Yaxın Şərq böhranı İsrail-Türkiyə münasibətlərinin yenidən pozulmasına səbəb olub və bu dəfə vəziyyət kifayət qədər ciddidir. Ən pisi də ondan ibarətdir ki, Azərbaycanın bu məsələdə indiki situasiyada vasitəçilik etməsi üçün münbit şərait yoxdur. Bu baxımdan hesab etmək olar ki, Türkiyə- İsrail münasibətlərinin gərgin olması Azərbaycan üçün o qədər də müsbət variant deyil. Ancaq rəsmi Bakı hələlik hər iki dövlətlə normal münasibətlərini saxlamaqda israrlı görünür. Rəsmi Bakı həm İsrail, həm də Türkiyə ilə münasibətlərini bir birinə qarışdırmadan, ayrı-ayrılıqda inkişaf etdirməkdə maraqlı mövqe tutur. Böyük ehtimalla rəsmi Bakı bu siyasətini bundan sonra da davam etdirəcək. Bu siyasət hələlik iki ölkə arasında balans yaradılması xarakteri daşıyır".
Qiymət Mahir